Respublika Gününün şərəfinə Ammanda iftar süfrəsi təşkil edilib

29 may 2019

Mayın 28-də İordaniyanın Amman şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümümü münasibətilə iftar süfrəsi təşkil olunub.

Tədbiri İordaniyadakı Azərbaycan diasporu təşkil edib. İftar süfrəsində Azərbaycan Respublikasının İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Rasim Rzayev, səfirliyin əməkdaşları, İordaniya-Azərbaycan dostluq cəmiyyətinin üzvləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.