Diaspor Gənclərinin 1 Yay Düşərgəsində gündəlik maraqlı panellər təşkil edilir

Növbəti panel ölkəmizin siyasi inkişafı və azərbaycanlı gənclərin bu prosesdə rolu mövzusunu əhatə edib. Millət vəkilləri Fəttah Heydərov, Ülvi Quliyev, Tahir Mirkişili, Şahin İsmayılov paneldə çıxış ediblər. Çıxışlarda ölkəmizin keçdiyi inkişaf yolu, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müasir Azərbaycanın bu günü ilə bağlı faktlar səsləndirilib, tarixə ekskurs edilib və inkişaf perspektivlərinə toxunulub.
Strateji Yol Xəritəsi, gənclər siyasəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin inkişafı üçün atdığı addımlar barədə geniş məlumat verilib.
Panel iştirakçıları maraqlı fikir mübadiləsi aparıb. Diaspor gəncləri çoxsaylı sualları cavablandıran millət vəkillərinə təşəkkür ediblər.