“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi maraqlı panellərlə davam edir

“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsində müxtəlif sahələri təmsil edən mütəxəssis və ekspertlərin iştirakı ilə panellər davam edir. “Azərbaycan diasporu beynəlxalq arenada” başlıqlı paneldə Azəri-Türk Qadınlar Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı diasporumuzun fəaliyyəti barədə danışıb, lobbiçilik istiqamətində görüləcək işlərlə bağlı mülahizələrini səsləndirib. Diasporun inkişaf istiqamətləri, gənclərin yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası, dünyada erməni lobbisinin fəaliyyəti, ermənilərin Azərbaycan əleyhinə gördükləri işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Növbəti paneldə Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev iştirak edib və diaspor gənclərinə “Dövlət Gənclər siyasəti” mövzusu ilə bağlı məlumat verilib. Prezident İlham Əliyevin Gənclər siyasəti barədə panel iştirakçıları ilə söhbət aparılıb və “2015-2025-ci illər Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təqdim olunub.