“Ağı” kitabının London təqdimatı

Bu yaxınlarda Londonda yazıçılar Günel Anarqızı və Leyla Bəyimin “Ağı” adlı kitabının təqdimat mərasimi keçirilib.

Bakı Kitab Mərkəzinin və Britaniyadakı Azərbaycanlı Qadınların Assossiasiyasının birgə təşkil etdiyi tədbir Azərbaycanın Britaniyadakı səfirliyində baş tutub. Təqdimat zamanı kitaba daxil olan bəzi hekayə və şerlər səsləndirilib , eləcə də kitabla bağlı fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçıları müəlliflərin imzaladıqları kitabları əldə ediblər.

Qeyd edək ki, bu kitaba Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin insan həyatına faciəvi təsirlərindən bəhs edən hekayə və şerlər daxildir. Əsərlərin arasında Leyla Bəyimin “Qarabağ şikəstəsi” və Günel Anarqızının “Atama məktub” hekayələri dərin emosiyaları əks etdirir.

Xatırladaq ki, kitabın ilk təqdimatı bu il fevralın 26-da Bakı Kitab Mərkəzində keçirilərək, Xocalı soyqırımının qurbanlarına həsr edilmişdi.