Niderland mətbuatı azərbaycanlı Milli Qəhrəman Məmməd Məmmədovdan yazıb

Niderland Krallığının bir sıra KİV-ləri bu ölkənin azərbaycanlı Milli Qəhrəmanı olan Məmməd Məmmədova (Medo) həsr olunmuş məqalələr dərc edib. “Azərbaycan Məmməd Məmmədova müzey açır” başlıqlı məqalədə bildirilir ki, Azərbaycanda II Dünya Müharibəsi illərində Müqavimət hərəkatına qoşularaq faşistlərə qarşı mübarizə aparmış və uzun illər Niderlandda yaşamış Məmməd Məmmədun xatirəsinə ev muzeyi açmağa hazırlaşır. Bu münasibətlə M.Məmmədovun ailə üzvlərinin iştirak edəcəyi təntənəli açılış mərasimi keçiriləcək. Ev muzeyi mayın 10-da ziyarətçilərin üzünə açılacaq.
Qeyd edilib ki, mayın 4-də Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun Osterveyk şəhərinin meriyasında anım günü keçirilib. Həmin tədbirdə yerli ictimaiyyətlə yanaşı, Azərbaycanın nümayəndə heyəti də iştirak edib. Onlar Medonun şərəfinə ucaldılmış monumenti ziyarət ediblər.

Məqalədə Medonun keçdiyi həyat və döyüş yoluna bir daha nəzər salınıb, Osterveykdəki küçələrdən birinin adının dəyişdirilərək Mamed Mamedovpad adlandırıldığı da vurğulanıb.

https://www.oisterwijknieuws.nl/2019/05/azerbeidzjan-opent-museum-over-oisterwijker-mamed-mamedov/