Azərbaycanlı məktəblilərin Ottavadakı çıxışı rəgbət doğurub

Kanadanın paytaxtı Ottava şəhərində “Beynəlxalq Uşaqlar Günü"nə həsr edilmiş tədbir keçirilib.
Tədbiri hər il olduğu kimi “Türk Kanada Beynəlxalq Assosiasiyası” (Turkish Canadian Cultural Association) təşkil edib. Tədbirə Rusiya, Qazaxstan, Hindistan, Meksika, Koreya və digər ölkələrin iştirakçıları, eləcə də diplomatik nümayəndəliklərin təmsilçiləri qatılıblar.
Kanadadakı "Qarabağ Azərbaycan Dili Məktəbi"nin şagirdləri də bu tədbirə dəvət olunublar.
Səhnəyə Azərbaycanın milli geyimlərində çıxan məktəblilərimiz milli rəqslərimizi nümayiş etdiriblər. Tamaşaçılar onların çıxışını böyük maraq və rəğbətlə qarşılayıblar.