Azərbaycan Cenevrədəki festivalda təmsil olunub

Cenevrə Universiteti tərəfindən təşkil olunan “Global Village” festivalında Azərbaycan təmsilçiləri də iştirak ediblər.
İyirmidən artıq dövlətin və müxtəlif təşkilatların qatıldığı tədbirdə ölkəmizin milli adət-ənənəsini, mədəniyyətini və mətbəxini əks etdirən guşə təşkil olunub.
Cenevrə Universitetində təhsil alan azərbaycanlı tələbələr Çinarə Azayzadə və Fidan Rüstəmzadə milli rəqslərimizi təqdim ediblər.
Qeyd edək ki, 10-cu dəfə təşkil olunan festivalda ölkəmiz ilk dəfə iştirak edib. Buna baxmayaraq, ölkəmizə həsr olunmuş guşə və təqdimat festival iştirakçıları, eləcə də qonaqlar arasında xüsusi maraq doğurub.