San Xosedə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 25-də Kaliforniyanın San Xose şəhərində azərbaycanlı cəmiyyətin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarına həsr olunmuş mitinq keçirilib.
Kaliforniyanın 3-cü ən böyük şəhəri və Silikon Vadisinin mərkəzi olan San Xosedə mitinq iştirakçıları “Xocalıya ədalət!”, “İşğalı dayandır!” və digər şüarları səsləndirməklə yerli və dünya ictimaiyyətinin diqqətini Xocalıya faciəsinə cəlb ediblər.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinin əhalisinə qarşı soyqırım törədiblər. Bu qırğının nəticəsində 613 nəfər həlak olub, onlardan: uşaqlar - 63 nəfər; qadınlar - 106 nəfər; qocalar - 70 nəfər; 8 ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib... 487 nəfər yaralanıb, onlardan: uşaqlar - 76 nəfər; 1275 nəfər əsir götürülüb; 150 nəfər İtkin düşüb.