Dövlət Komitəsinin sədri Cəlil Məmmədquluzadənin ev muzeyində olub

Gürcüstana səfər çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin Tbilisidəki ev muzeyində olub.
Muzeydə Dövlət Komitəsinin sədrini Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri İsak Novruzov və üzvləri qarşılayıblar. Muzeylə tanışlıq zamanı İ.Novruzov oradakı şəraitlə bağlı F.Muradova ətraflı məlumat verib. Bu istiqamətdə atıla biləcək addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev və digərləri müşayiət ediblər.