Dövlət Komitəsinin sədri SOCAR-ın Gürcüstan nümayəndəliyində olub

Aprelin 2-də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “SOCAR Energy Georgia” MMC-nin kollektivi ilə görüşüb.
Görüşü açan “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov iki qonşu dövlət arasında münasibətlərin sabitliyindən danışıb və Gürcüstanda yaşayan azərbaycanlılarla daim sıx əlaqə saxladıqlarını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kollektivi salamlayıb, SOCAR-ın Gürcüstan nümayəndəliyinin bu ölkədə yaşayan həmvətənlərimizi hər zaman dəstəklədiyini xüsusilə vurğulayıb.
Komitə sədri bu həssaslığa və dəstəyə görə “SOCAR Energy Georgia” MMC-nin kollektivinə təşəkkür plaketi təqdim edib.