Rotterdamda “səssiz” yürüş keçirildi

Martın 31-də Niderland Krallığının Rotterdam şəhərində 31 mart – Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş aksiya keçirilib. Beniluks Azərbaycanlıları Konqresinin təşkilatcılıgı və Koordinasiya Şurasının dəstəyi ilə keçirilən “səssiz” yürüşdə soydaşlarımızla yanaşı digər xalqların nümayəndələri də iştirak ediblər. Yürüşə gənclərimiz üzərində “Stop Genoside” yazılmış köynəklərlə və əllərində “Stop Terorizm”, “Justice for Karabakh”, “Justice for Khojaly”, “Justice for Azerbaijan” plakatları ilə qatılıblar. Yürüşdə yerli əhaliyə holland dilində “31 Mart”la baglı 10.000-dən artıq məlumat xarakterli vərəqələr, “31 mart 1918. Azərbaycan soyqırımı” (“31 maart 1918 Azerbeidzjan Genocide”) kitabçaları paylanılıb.
Soydaşlarımız bir daha Avropanın mərkəzində öz birliyini nümayiş etdiriblər və torpaqlarımızın azad olması istiqamətində bundan sonrada əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Aksiya Facebook sosial şəbəkəsində birbaşa yayımlanıb.