Fəxrəddin İskəndərovun parlaq qələbəsi

Ukraynada yaşayan azərbaycanlı kikboksçu Fəxrəddin İskəndərov Kiyevdə keçirilən yarışda qalib gəlib. “Belıye vorotniçki” klunun təşkil etdiyi yarışa Fəxrəddin İskəndərov üzərində Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun şəkli olan geyimdə çıxıb. O, bununla qürur mənbəyimiz olan qəhrəmanlarımızı unutmadığımızı və Vətənimizə sadiqliyini nümayiş etdirib.
Qeyd edək ki, F.İskəndərov Ukraynadakı Azərbaycan Diasporunun (UABD) fəxri üzvüdür.