Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası görüş keçirib

Florida Azərbaycan Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova Floridada yaşayan bir sıra azərbaycanlı və xarici ailələri, diaspor üzvlərini bir araya toplayıb. Azərbaycanlı gənclər onlara Azərbaycan xalq mahnılarını, milli rəqslərimizi və müxtəlif əyləncəli oyunlar nümayiş etdiriblər.
Daha sonra həmin ailələrin gənc üzvlərinə dərs ilinin başlanması münasibətilə məktəb ləvazimatları hədiyyə olunub. Hədiyyələri asosiasiyanın üzvü Təranə Neymətova təqdim edib.