Azərbaycanlı heykəltaraş yüksək ada layiq görülüb

Ukrayna Prezidentinin müvafiq sərəncamı ilə Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının dosenti, həmyerlimiz Katib Səfər oğlu Məmmədov Ukrayna xalq rəssamı fəxri adına layiq görülüb.
Qeyd edək ki, azərbaycanlı heykəltaraş Katib Məmmədov Ukraynanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, Fəxri incəsənət xadimi, Ukrayna Rəssamlar İttifaqının, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun, Moskva Peşəkar Rəssamlar Yaradıcılıq Birliyinin üzvüdür.
Soydaşımızın əsərləri dünyanın müxtəlif ölkələrində muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.