Kanadanın bir neçə şəhərində Novruz şənliyi keçirilib

Kanadanın Toronto şəhərində Beynəlxalq Novruz Festivalı keçirilib. Bu ölkədə fəaliyyət göstərən Azərbaycan Dili məktəbinin rəhbəri Yeganə Cəfərova festivalda ölkəmizin milli şirniyyat və geyimlərini nümayiş etdirib. Təşkilatçılar tərəfindən yaradılan Azərbaycan stendi iştirakçıların böyük marağına səbəb olub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qarabağ” Azərbaycan Dili məktəbinin rəhbəri Vüsalə Əhmədova, eyni zamanda diaspor fəalı Sevda Həsənlinin təşkilatçılığı ilə paytaxt Ottava şəhərində də Novruz şənliyi təşkil edilib. Şənlikdə əsasən azərbaycanlılar iştirak edib.
Hər iki tədbirdə Novruz bayramının tarixindən, mahiyyətindən danışılıb, xaricdə yaşayan azərbaycanlıların birlik və bərabərlik anlayışlarına xüsusi önəm verməsi yüksək qiymətləndirilib.