İsveçdə keçirilən Beynəlxalq Uşaq festivalında Azərbaycan musiqisi səslənib

Martın 23-də İsveçdə Beynəlxalq Uşaq festivalı keçirilib. Stokholm şəhərində baş tutan festivalda SAF (İsveç-Azərbaycan Birliyi) dərnəyinin uşaq rəqs qrupu da iştirak edib. Onlar milli geyimlərdə Azərbaycan rəqsləri olan “Naz eləmə” və “Nəlbəki” rəqslərini böyük məharətlə ifa ediblər. Rəqs qrupunun ifaları alqışlarla qarşılanıb.