Hollandiyada Novruz şənliyində onlarla soydaşımız iştirak edib

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının verdiyi xəbərə görə, bu ölkədə yaşayan soydaşlarımız bir araya gələrək Novruz bayramını təntənə ilə qeyd ediblər. Bayram tədbirinə azərbaycanlılar və türklərlə bərabər bu ölkənin siyasi və mədəni həyatında fəallıq göstərən insanlar da qatılıb.
Çıxış edənlər birlik və bərabərlik bayramı olan Novruzun mahiyyətindən, qədim adət-ənənələrimizdən, türk və Azərbaycan diasporunun gücündən danışıblar. Tədbir iştirakçıları milli təamlarımızdan dadıb, gözəl musiqi sədaları altında rəqs edərək əyləniblər.