“Florida Azərbaycan Amerika İcması” rəsmi qeydiyyata alınıb

2015-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Florida ştatında yaşayan həmvətənlərimizi birləşdirən diaspor təşkilatı artıq "Florida Azərbaycan Amerika İcması" adı ilə qeydiyyata alınıb. Uzun illərdir ABŞ-da yaşayan həmyerlimiz Esmira Bayramova icmanın sədri seçilib.

Cəmiyyətin tərkibində Azərbaycan dilinin, eyni zamanda milli və Qafqaz rəqslərinin təbliği məqsədilə kiçik məktəb-kurslar açılıb, azərbaycanlılardan ibarət futbol komandası yaradılıb.

Təşkilatın əsas missiyası ABŞ-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir.