Diaspor təşkilatlarının nəzərinə!

Azərbaycan diaspor təşkilatları və xaricdə yaşayan soydaşlarımız Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, xalqımızın qədim tarixə malik zəngin mədəni dəyərlərinin müxtəlif ölkələrdə təqdim olunması, milli irsimizin təbliğ edilməsi və s. istiqamətlərdə davamlı fəaliyyət göstərirlər.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi olaraq xaricdə yaşayan soydaşlarımızın fəaliyyətini yüksək qiymətləndirir, hər bir soydaşımıza həssas və diqqətlə yanaşırıq. Eyni zamanda, diaspor təşkilatları tərəfindən müxtəlif ölkələrdə təşkil edilən tədbirlərin Komitənin rəsmi saytı və sosial şəbəkə ünvanlarında yayımlanmasını təmin edirik. Bunun üçün xəbərlərin Dövlət Komitəsinin müvafiq ərazi şöbələrinə təqdim olunması zəruridir.
Diaspor təşkilatlarının və xaricdə yaşayan soydaşlarımızın diqqətinə çatdırırıq ki, bütün xəbərlər daxilolma ardıcıllığı ilə Komitənin rəsmi saytı və sosial şəbəkə səhifələrində yayımlanır.

Qeyd: 20 yanvar, 26 fevral, 31 mart, 28 may və s. kimi tarixlərdə xəbərlərin yayımlanmasında müəyyən gecikmələr yarana bilər. Bu, xəbərlərin çoxluğu, təqdim edilən xəbərin mətni ilə şəkillərin uzlaşmaması, müəyyən dəqiqləşdirmələrin aparılması səbəbindən baş verir.