Odessa şəhərində beynəlxalq konfrans keçirilib

Odessa şəhərində Ukrayna Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının Regional İnstitutunun və Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin təşkilatçılığı ilə “Müharibə və ya silahlı münaqişə zamanı vətəndaş cəmiyyətinin müdafiəsinin beynəlxalq hüquqi aspekləri” mövzusunda konfrans keçirilib. Konfransda Ukrayna və Azərbaycandakı hərbi münaqişələrin acı nəticələrindən, xüsusilə Xocalı soyqırımının dəhşətlərindən danışılıb.
İnstitutun direktoru İja Nikolay Mixayloviç münaqişə tərəfləri arasındakı dialoqun əhəmiyyətindən söz açıb. Ukrayna Milli Jurnalistlər İttifaqının üzvü Famil Camal, ATƏT-in münaqişəli məsələlər üzrə eksperti Olqa Ruseva, Moldova Parlamentinin eks-ombudsmanı, Bakı Beynəlxalq Multukulturalizm Mərkəzinin Avropa, Moldova və Ukraynadakı rəhbəri Aureliya Qriqoriu, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi sədrin birinci müavini Namiq Talıbov və başqaları münaqişələr və onların həlli yollarından, eyni zamanda Azərbaycan xalqının tolerantlığından, ölkəmizdəki multikultral ənənələrdən bəhs ediblər. Tədbirdə müharibələr, münaqişələrin nizamlanması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Tədbirin moderatoru Fazil Əsgərov olub.