E-mail:

info@diaspor.gov.az

EN
RU

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi birgə fəaliyyət barədə qərar qəbul edib və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb. Bununla bağlı diaspor təşkilatları ilə geniş müzakirələr aparılıb, birgə fəaliyyət mexanizmləri müzakirə edilib və yekdilliklə qərar qəbul olunub.
Diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.
İşçi qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birgə fəaliyyətin vacib olduğunu bildiriblər. Verilən məlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər.