E-mail:

info@diaspor.gov.az

EN
RU

Diaspor rəhbəri Qazaxıstanda görüşlər keçirib

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Almatı şəhərində Qazaxıstanın Türkcə Danışan Jurnalistlər Şurası, Abay Dövlət Universiteti və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində görüşlər keçirib. Görüşlərdə məqsəd Azərbaycanın tanıdılması və Qazaxıstanın latın qrafikalı əlifbaya keçid mərhələsində ortaq fəaliyyətlərə dair müzakirələrin aparılması olub.
Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı reallaşdırılan layihələr, bu istiqamətdə qəbul edilən qərarların nəticələri və Azərbaycan əlifbası ilə kütləvi nəşrlərin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub. Azərbaycanın təcrübəsinin qardaş ölkə ilə paylaşılması və gələcəkdə universitetlərin bu proseslərdə rolundan bəhs olunub.
Səfər çərçivəsində, həmçinin Qazaxıstanın aparıcı qəzet və xəbər agentliklərinin əməkdaşları ilə görüşlər, yerli jurnalistlərin iştirakı ilə mətbuat konfransı baş tutub. O.Həsənoğlu bildirib ki, artıq Azərbaycan dünya elm cəmiyyətinə inteqrasiyada mühüm addımlar atan və təhsildə vacib islahatlar həyata keçirən ölkələrdən biri kimi tanınmaqdadır. Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi bu vaxta qədər həllini tapmasa da, ölkəmiz öz sülhməramlı niyyətini əzmlə qorumaqdadır. Əldə olunan uğurlar və həyata keçirilən transmilli layihələr Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair ümidləri artırır.