E-mail:

info@diaspor.gov.az

EN
RU

İsveçdə Koordinasiya Şurasının toplantısı keçirilib

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasında təmsil olunan İsveçdəki diaspor təşkilatlarının növbəti toplantısı keçirilib. İclasda Şuranın koordinatorları Sara Musayeva, Eluca Atalı, diaspor rəhbərləri Emil Mirzoyev, Nadir Hollenbrand, Əbülfəz Seyidov, Sevinc Nəzərli, Turanə Məhərrəmova və başqaları iştirak edib.
Toplantıda Koordinasiya Şurasına daxil olan təşkilatların yarımillik fəaliyyət planı, Xocalı soyqırımı ilə bağlı hazırlanan müştərək tədbirlər və digər məsələlər müzakirə edilib. Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Koordinasiya Şurası tərəfindən əsas tədbirin fevralın 23-də Stokholm şəhərində keçirilməsi məqsədəuyğun hesab olunub. Bundan başqa, fevralın 22-də Stokholmdakı Ermənistan səfirliyinin qarşısında nümayişin təşkili və Xocalı soyqırımı ilə bağlı İsveç Parlamentinə müraciətin ünvanlanması məqbul sayılıb.
Tədbirdə Stokholmda yeni açılan “Azərbaycan xalçası” mağazası haqqında məlumat verilib, Bakıdakı İrəvan Teatrının və Tallində yerləşən “Avşar” Kukla Teatrının İsveçə dəvət olunması ilə bağlı təkliflər səsləndirilib.
Koordinasiya Şurasının nəzdində bu işlərin həyata keçirilməsi üçün xüsusi işçi qrupun yaradılmasına qərar verilib, növbəti toplantının isə martın 2-də keçirilməsi qərara alınıb.