Diaspor nümayəndələri Hollandiya parlamentində görüş keçirib

Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri Xristian Demokratlar Partiyasının (CDA) millət vəkilləri Martijn van Helvert ve Chris van Damın dəvəti ilə parlamentində olublar. Dərnək üzvlərinin parlamentlə tanışlığından sonra, CDA haqqında məlumat verən deputatlar Azərbaycan-Türk Kültür Dərnəyi ilə gələcək əməkdaşlıq imkanları barədə də fikirlərini bildiriblər.
Səmimi görüş üçün təşəkkür edən dərnək üzvləri CDA ilə dostluq və əməkdaşlığa ciddi önəm verdiklərini qeyd ediblər.
Daha sonra millət vəkilləri Martijn van Helvert ve Lenny Geluk Poortvlietin iştirakı ilə sənət, mədəniyyət, inteqrasiya və emansipasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.