E-mail:

info@diaspor.gov.az

EN
RU

Azərbaycanlı alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İraq mətbuatında dərc olunub

İraqın “Samar News” Beynəlxalq Xəbər Agentliyi “Vətənpərvər” – Azərbay¬canın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun “Qara Yanvar: Azərbaycanın azadlıq uğrunda qurbanları” sərlövhəli məqaləsi yayımlayıb (http://www.samarnwes.com/archives/14757)
Müəllif Azərbaycan Respublikasında hər il yanvar ayında "Qara Yanvar" faciəsinin ildönümünün keçirildiyini bildirib. Məqalədə 20 Yanvar faciəsinin tarixi haqqında ətraflı məlumat verilərək qeyd edilir ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində bəşəriyyətə, humanizmə və insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.