Londonda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

1990-cı il Bakı şəhərində törədilmiş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Londonda da anılıb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” Dostluq və Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Tədbirdə “Azərbaycan Evi”nin rəhbəri Dr.Ali Tekin Atalar, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan Xalq Cümhuriyyəti tarixi" şöbəsinin müdiri Nigar Maksvell və digərləri çıxış edərək 20 Yanvar faciəsi haqqında öz xatirələrini, fikirlərini bölüşüblər. Daha sonra Qanlı Yanvar hadisələrinə həsr edilmiş sənədli film nümayiş olunub.