Ukraynanın Dnepr şəhərində 20 Yanvar şəhidləri anılıb

Ukraynanın Dnepr şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Şəhidlərin xatirəsinin ehtiramla anıldığı mərasimdə o müdhiş gecənin təfərrüatları müzakirə olunub, 20 Yanvarın tariximizə qara hərflərlə yazılmasına baxmayaraq, həm də qürur və mərdlik nümunəsi olmasından danışılıb.
Tədbir Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
İştirakçılar 20 Yanvar hadisələrini törədənlərin hələ də cəzalandırılmadıqlarını, hadisəyə beynəlxalq hüquqi qiymət verilmədiyini qeyd ediblər.
Anım mərasimində Azərbaycanın diaspor təşkilatları ilə bərabər, yerli və beynəlxalq təşkilatların, siyasi, mədəni və dini qurumların nümayəndələri iştirak edib, gənclər təşkilatları təmsil olunub.