E-mail:

info@diaspor.gov.az

EN
RU

Niderlandda Miqrasiya və İnteqrasiya Departamentinin nümayəndəsi ilə görüş keçirilib

Belçika və Niderland Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri Niderland Krallığının Miqrasiya və İnteqrasiya Departamentinin koordinatoru Adri Zagerslə görüşüb. Görüş Belçika və Niderland Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü ilə baş tutub.
A.Zagers Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşündən danışıb və bu görüşün Azərbaycanla əlaqələrin yaradılmasında ciddi rol oynadığını vurğulayıb. O qeyd edib ki, bu cür görüş və müzakirələr birgə layihələr həyata keçirmək, yeni proqramlar üzərində düşünmək üçün bizə stimul verir.
Azərbaycan diasporunun nümayəndələri də öz növbəsində Azərbaycanla Hollandiya arasında hər bir sahədə əlaqələrin yaradılmasının müsbət və səmərəli nəticələr verə biləcəyini bildiriblər.
Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, şura üzvü, “Odlar Yurdu” təşkilatının sədri Firəngiz Bağırova və İnkişafın Diasporla Əlaqələndirilməsi Proqramının stajçısı Kardelen Akkuş iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi yollarından danışıblar.
Sonda dövlətlərimiz arasında təhsil, səhiyyə və turizm sahələrində mübadilə layihələri hazırlamaq təklif olunub, birgə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində razılığa gəlinib.