Niderlandda 20 yanvar faciəsinin qurbanları yad edilib

Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyi və Türk İslam Kültür Vəqfinin birgə təşkılatçılığı ilə 1990-cı ildə Bakıda baş vermiş qanlı yanvar hadisələri zamanı həlak olan şəhidlərin anım günü keçirilib. 20 Yanvar faicəsinin qurbanları ehtiramla yad edildikdən sonra tədbirdə çıxış edən Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşqın və Türk İslam Kültür Vəqfinin rəhbəri Tahsin Çetinkaya iştirakçılara təşəkkür edərək, qanlı 20 yanvar hadisələri ilə bağlı öz fikirlərini bölüşüblər. Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin ikinci katibi Selcan Verdiyeva çıxış edərək baş vermiş faciənin Azərbaycanın tarixində yeri, onun səbəb və nəticələri haqqında danışıb. Daha sonra çıxış edənlər 20 yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüblər. Tədbirdə 20 yanvar hadisələrinin dəhşətlərini özündə əks etdirən videoçarx təqdim olunub, şəhidlərin ruhuna dualar oxunub.