Finlandiya Azərbaycan Assosiasiyası 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

Bəyanatda bildirilir ki, Qanlı yanvar Azərbaycan tarixinin unudulmaz səhifəsi, müstəqillik uğrunda mübarizə aparan xalqımızın qəhrəmanlıq tarixidir. Qeyd edilir ki, ayrı-ayrı ərazilərdən ermənilər cəmləşdirilərək xüsusi silahlı qüvvə formalaşdırılıb və 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı, Sumqayıt, eləcə də digər şəhərlərdə dinc insanlar qətlə yetirilib. Bir gecədə 147 nəfər dinc sakin öldürülüb, 700-dən çox insan yaralanıb və 800-dən çox insan isə qanunsuz həbs edilib. Onların arasında uşaqlar, qocalar və əlillər də var idi.
Bəyanat müəllifləri dünya ictimaiyyətinin, beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, bu qanlı aksiyanın insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına inandıqlarını bildirirlər.

Bəyanatın mətnini olduğu kimi təqdim edirik.