Ukraynada 20 Yanvar faciəsinin qurbanları yad edilib

Yanvarın 17-də Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ofisində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib. Kiyev Azərbaycanlıları Konqresi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi tədbirdə Ukrayna rəsmi dairələrinin nümayəndələri, bu ölkədəki Azərbaycan diasporunun rəhbərləri və fəalları, hər iki ölkənin tanınmış elm və mədəniyyət nümayəndələri, eləcə də yerli və xarici mətbuatın təmsilçiləri iştirak edib.
Tədbirdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və hadisələrlə bağlı sənədli film nümayiş olunub. Daha sonra tədbiri təşkil edən təşkilatların rəhbərləri - Oleq Krapivin, Hikmət Cavadov, Rövşən Tağıyev və digərləri çıxış edərək Qanlı Yanvar hadisələri ilə bağlı təəssüratlarını bölüşüblər.
Sonda şəhidlərin ruhuna dualar oxunub.