Avropa Azərbaycanlıları Konqresi bəyanat yayıb

Avropa Azərbaycanlıları Konqresi 10.7.2018 ci li tarixində radikal elementlərdən ibarət bir neçə qrupun Gəncə şəhərinin mərkəzində bir müddət əvvəl şəhərin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərova dəstək məqsədilə qanunsuz aksiya keçirərək ölkədə sabitliyi pozmaq cəhdləri və hadisələr zamanı xidməti vəzifələrini yerinə yetirərkən iki yüksək rütbəli zabitimizin şəhid olmasını kəskin şəkildə qinayırıq və baş vermiş hadisələrdən olduqca narahat oluruq.
Hesab edirik ki, Azərbaycanda hökm sürən sabitliyi, iqtisadi inkişafı həzm edə bilməyən düşmənlərin göstərişi ilə ölkəmizdə törədilən terror hadisələrinin qarşısını almaq üçün xalqımız heç bir təxribata uymayaraq təmkinli olmalı və dövlətimizin sabitliyi naminə bu cür qruplara qarşı birgə mübarizə aparmalıdır. Azərbaycan dövlətini çökdürmək istəyən xain qüvvələr bu gun marionetka kimi istifadə olunurlar. Onlar dövlətçiliyimizə qarşı çıxaraq öz məqsədlərinə çatmaq üçün sosial şəbəkələrdə dövlət əleyhinə çağrışlar edərək dövlət çevrilişi etməyə cəhd edir, ölkədə ixtişaşlar törətməyə çalışırlar. Heç təsadüfi deyil ki, bu hadisələr zamanı Avropada məskunlaşmış radikal müxalifət də onlara dəstək verdi. Dinc əhalini küçələrə çixarıb ixtişaşlar törədərək qardaş qirğınına nail olmaq isdədilər.
Bütün bunlara baxmayaraq radikal separatçıların ümidləri boşa çıxdı.
Avropa Azərbaycanlıları Konqresi olaraq xalqımızdan heç bir təxribata uymayaraq təmkinli olmalarını və dövlətimizin sabitliyi naminə təxribatçılara qarşı birgə mübarizə aparmağı xahiş edirik.
İnaniriq ki, hüquq mühafizə orqanları tezliklə bu hadisıləri törədən, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışan fanatik dini təxribatçıların layiqli cəzalarını verəcək.
Avropa Azərbaycanlılar Konqresi hər zaman Dövlətimizin və dövlətçiliyimizin, Azərbaycan Prezidentinin yanındadır!