Florida Azərbaycan İcması həmrəylik gününü qeyd edib

Mayamidə Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı tədbir təşkil edilib. Floridada yaşayan soydaşlarımız, tələbələr, Sunny İsles Beach-in vitse meri Dana Qodman və digər amerikalı qonaqların iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Florida Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən tədbirdə icmanın rəhbəri Esmira Bayramova Amerikada yaşayan soydaşlarımızı Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib. Qeyd edib ki, dünya azərbaycanlılarının həmrəylik günü ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilib.
Dana Qodman isə çıxış edərək müxtəlif mədəniyyətə malik insanların burda toplaşaraq həmrəylik gününü qeyd etməsinın önəmli hadisə olduğunu vurğulayıb. O, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını qeyd edib.