Niderlandda Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı tədbir təşkil olunub

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Rotterdam şəhərində Dunya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirib. Bayram tədbirini BAK-ın nəzdində Rotterdam və Amsterdam şəhərlərində fəaliyyət göstərən həftəsonu Ana dili məktəblərinin müəllim və şagirdləri təşkil edib. Tədbirdə diaspor nümayəndələri ilə yanaşı, kiçik yaşlı soydaşlarımız iştirak edib.
Bayram tədbirində uşaqlar böyük həvəslə vətənpərvərlik ruhunda yazılmış şeirlər söyləyib, Azərbaycanın dövlət himni ilə yanaşı, “Əsgər marşı “, “Can Azərbaycan” mahnılarını səsləndiriblər.
Daha sonra tədbirə dəvət olunan Şaxta baba balacalara hədiyyələr verib, yolka ətrafında uşaqlarla rəqs edib.