E-mail:

info@diaspor.gov.az

EN
RU

Monteneqroda keçirilən “diplomatik xeyriyyə yarmarkası”nda Azərbaycan da təmsil olunub

Monteneqroda ənənəvi olaraq keçirilən “diplomatik xeyriyyə yarmarkası”nda Azərbaycanı bu ölkədəki diplomatik nümayəndəlik və Azərbaycan-Monteneqro mədəni və iqtisadi əlaqələr mərkəzi təmsil edib.
Xeyriyyə yarmarkasının keçirilməsində məqsəd monteneqroluları xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış etməkdir. İştirakçılar tərəfindən satışa çıxarılan milli suvenirlərdən, milli mətbəx nümunələrindən əldə olunan vəsait Monteneqronun autizm mərkəzinə, uşaq evləri və xəstəxanalarına köçürülüb.
Azərbaycan üçün ayrılmış stenddə ölkəmizə aid kitablar, milli mətbəximizin və incəsənətimizin nümunələri, İrəvan və Qarabağ xalçalarına aid kitablar nümayiş etdirilib. Milli suvenirlərimiz, mətbəximizin dadlı təamları, xüsusən paxlava və dolma iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycan stendinə yaxınlaşan Monteneqro rəsmilərinə burada nümayiş olunan məhsullar haqqında məlumat verilib.
Xeyriyyə bazarında Azərbaycanın təqdimatı Monteneqro KİV-lərində geniş işıqlandırılıb