Diaspor təşkilatları “Milli azlıqların festivalı”nda təmsil olunub

Litvanın Klaypeda şəhərində keçirilən "Milli azlıqların festivalı"nda Azərbaycan da təmsil olunub. 2018-ci ilin əvvəlindən Klaypeda şəhər bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilən "Litva, Latviya, Estoniya: yüzillik multikulturalizmlə bağlı tədbirlər" layihəsi Baltikyanı ölkələri əhatə edir.
Layihə çərçivəsində Klaypeda şəhərinin konsert zalında baş tutan növbəti konsertdə Baltikyanı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, o cümlədən "Azəris" cəmiyyətinin sədri Əliağa Məmmədov, "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev iştirak edib. Tədbirdə azərbaycanlı uşaqların ifasında təqdim edilən milli rəqslərimiz iştirakçılar tərəfindən maraqla qarşılanıb.