Kanadadakı Azərbaycan dili məktəbində bayrağımıza həsr olunmuş xüsusi dərs keçirilib

Kanadanın paytaxtı Torontoda fəaliyyət göstərən Azərbaycan dili məktəbində 9 noyabr – Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş xüsusi dərs keçirilib. Maarifləndirici və əyləncəli proqram əsasında təşkil olunmuş dərsdə uşaqlara bayrağımızın tarixi, üzərindəki rənglərin, ay və ulduz işarəsinin mənası, eləcə də digər dövlət atrubutları haqqında məlumat verilib. Balacalara yaşadıqları ölkənin dövlət atributları ilə yanaşı, onların tarixi Vətəni olan Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət etməyin vacibliyi aşılanıb. Dərsdə kiçik soydaşlarımız bayraq, vətən haqqında şeirlər səsləndirib.
Qeyd edək ki, Torontodakı Azərbaycan dili məktəbi uzun illərdir Kanadada yaşayan soydaşımız Yeganə Cəfərovanın rəhbərliyi altında fəaliyyət göstərir. Məktəb paytaxtda və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqlarına Azərbaycan dilinin öyrədilməsində, dil biliklərinin inkişaf etdirilməsində böyük rol oynayır. Burada təkcə, dil deyil, eyni zamanda, Azərbaycan mədəniyyəti, milli adət-ənənələri, tarixi, coğrafiyası və digər fənlər tədris edilməklə balaca soydaşlarımızın Vətən haqqında bilikləri artırılır.