Bayraq günü Kiyevdə də qeyd olunub

Azərbaycan Respublikasının Dövlət Bayraq günü Ukraynanın Kiyev şəhərində də təntənəli şəkildə qeyd edilib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyilə Kiyev Opera Teatrında keçirilən tədbirdə soydaşlarımız, diaspor nümayəndələri, ukraynalılar və müxtəlif qonaqlar iştirak edib. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və digərləri çıxış edərək bayrağımızın tarixindən, Ukrayna-Azərbaycan münasibətlərindən danışıb, Ukraynanın müxtəlif əyalətlərində və Kiyevdə yaşayan azərbaycanlıları Dövlət Bayrağı günü münasibətilə təbrik edib.
Tədbir konsert proqramı ilə davam edib. Proqramda Ukraynanın tanınmış müğənnisi, xalq artisti, dünya şöhrətli maestro Vladimir Qrişko iştirak edib.
Ukraynanın xalq artisti Qrişko Azərbaycanlıları bayraq günü münasibətilə təbrik edib və proqram M.Maqomayevin “Ey əziz anam, Azərbaycan” mahnısı ilə başlayıb.