Amerikada soydaşlarımızın təsis etdiyi beynəlxalq müsabiqənin qalibləri mükafatlandırılacaq

Noyabrın 17-də Nyu-Yorkun Karneqi zalında Beynəlxalq Gənc İstedadlar Musiqi Müsabiqəsinin (“Florida Keys”) qaliblərinin mükafatlandırma mərasimi və Qala konserti keçiriləcək. Konsert Floridanın Azərbaycan Amerika Mədəniyyətlərarası Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Amerika Mədəniyyətlərarası Assosiasiya tərəfindən təsis edilən Beynəlxalq Gənc İstedadlar Musiqi Müsabiqəsinin əsas məqsədi Azərbaycan musiqisini və zəngin mədəniyyətini vətəndən kənarda nümayiş və təbliğ etmək, eləcə də bütün dünyaya sevdirməkdir.
Müsabiqənin təsisçiləri Pərvin Muradova, Kay Lang, Vivian Fang Liu və Assosiasiyasının prezidenti Töhvə Eminovadır.
Müxtəlif yaş qrupları üzrə Qala konsert və mükafatlandırma mərasimi yerli vaxtla saat 9.30 və 13.00-da keçiriləcək.