Soydaşımız dünya çempionatında uğurla çıxış edib

İtaliyanın Karrara şəhərində kikboks üzrə keçirilmiş dünya çempionatında soydaşımız El Cəfər 2 gümüş və 1 qızıl medal qazanıb. Çexiyada yaşayan soydaşımız Qızıl medalı 17 yaşlılar arasında 50 kq çəki dərəcəsində, gümüş medalları isə 47 kq çəki dərəcəsində keçirilən yarışlarda qazanıb.
Xatırladaq ki, El Cəfər Çexiyada fəaliyyət göstərən "Natəvan" cəmiyyətinin sədri Leyla bəyim Cəfərovanın oğludur. O, 2003-cü ildə Bakıda doğulub və 10 ildir Çexiyada yaşayır. El Cəfər 2012-ci ildən “Schejbal Gym Lovosice” adlı çex klubunda kikboksla məşğul olur.