EN
RU

Nyu Yorkda Qara Qarayeva həsr olunmuş konsert keçiriləcək

Noyabırın ayının 25-də Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində “Tribeca Performing Arts Centre”də dahi Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş konsert baş tutacaq. Konsert Bakı-Bruklin Dostluq Assosiasiyasının və AZZEM beynəlxalq fondunun dəstəyi ilə keçirilir.
Qeyd edək ki, Azərbaycanın böyük bəstəkarı və pedaqoq Qara Qarayevin bu il 100 illik yubileyidir. Bu münasibətlə, dünyanın bir çox ölkələrində dahi bəstəkara həsr olunmuş konsert, xatirə gecəsi və müxtəlif tədbirlər keçirilir.