Çikaqoda klassik musiqi gecəsi keçirilib

İyulun1-də Amerika Birləşmiş Ştatlarının Müstəqillik günü münasibəti ilə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə klassik musiqi gecəsi keçirilib.

Musiqi gecəsi Türk Amerika Mədəniyyət İttifaqının mərkəz binasında təşkil edilib. Gecəsinin gənc iştirakçıları Michael Naği, Russel Naği, Nəzrin Məmmədova, Ayxan Əzimov, Məryəm Əzimova, Leia Zarinebaf, Araz Zarinebaf və Sabir Əliyev maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Gənc musiqiçilərin müəlliməsi Gülçöhrə Əliyeva onların qısa müddət ərzində əldə etdikləri nailiyyətlər barədə danışıb.

Cəmiyyət icmasının aparıcı nümayədəsi Teymur Mehmandarov azərbaycanlı gənclərə uğurlar arzu edib və gələcəkdə ədəbi şeir gecələrinin də təşkil olunacağını bildirib. Sonda qonaqlar gənc iştrakçılara gül dəstələri və hədiyyələr tədqim ediblər.