EN
RU

Yaponiyada Azərbaycanla bağlı kitab nəşr edilib

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun Yaponiyada Azərbaycan haqqında kitabı çap olunub. Səkkiz bölmədən ibarət kitabda Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı, Qarabağ həqiqətləri, Azərbaycan cəmiyyətində qadının rolu, ölkənin inkişaf dinamikası, Azərbaycan-Yaponiya əlaqələri və s. haqqında məlumatlar verilir. Kitabda həmçinin bir sıra şəxslərin müsahibələri də yer alıb.
Kitabın yazılmasında əsas məqsəd Yaponiyada Azərbaycanla bağlı doğru məlumatların yayılması, ölkənin cəlbedici sahələrinin, biznes potensialının oxuculara çatdırılması, Azərbaycana maraq göstərən iş adamlarını bir araya gətirməklə ölkəmizə investisiya turlarının təşkili və nəticə etibarilə Azərbaycan-Yaponiya biznes əlaqələrinin inkişaf etdirilməsidir.
Yaponiyalı iş adamı Taniquçi Hirokazunun dəstəyi ilə çap edilən kitab Amazonun iqtisadi əməkdaşlıq kateqoriyası üzrə satışlarında 1-ci yerdə qərarlaşıb.