Diaspor Gənclərinin I Yay Düşərgəsinə müraciət 10 İyul 2018-ci il tarixinə qədər uzadıldı

Diasporla İş üzrə Dövlət Komitəsi dünyada yaşayan Azərbaycan əsilli gəncləri ölkəmizdə bir araya gətirərək diaspor hərəkatını daha da gücləndirmək niyyətindədir. Həmin gənclər Komitənin Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ilə birgə təşkil etdiyi Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak edərək görüşmək imkanı qazanacaqlar.

İştirakçı seçimi meyarları:
• 18-29 yaş qrupunda olmalı;
• Azərbaycan dilində ünsiyyət bacarığı;
• Xaricdə yaşayan azərbaycanlı olmalı;
• Düşərgədə tam müddəti ərzində iştirak etməli;

İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçılarının bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Xaricdə yaşayan Azərbaycanlıların marağını, vaxtın uzadılması xahişlərini nəzərə alaraq və müraciət müddətinin az olmasını əsas gətirərək müraciət müddətinin 10 iyul 2018-ci il tarixinə qədər uzadılmasına qərar verilmişdir. Aşağıda göstərilmiş bütün sənədlər http://www.diaspor.gov.az/qeydiyyat/ link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

Ərizə forması
Dəstək məktubu (Üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və digər təşkilatlar)
Pasportun surəti

İzahlı video: