EN
RU

Kaliforniyadakı erməni təxribatına qarşı etiraz kampaniyasına daha bir təşkilat da qoşuldu

Amerika Azərbaycan Şəbəkəsinin (US Azeris Network) Kaliforniya Ştatının Qlendeyl şəhərindəki məşhur Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz olaraq Birləşmiş Ştatlarda məktub kampaniyasına başlayıb. Kampaniya onlayn formada keçiriləcək və ABŞ-da yaşayan soydaşlarımız məktubu imzalayaraq müvafiq qanunverici və administrativ səlahiyyətli orqanlara göndərəcəklər.
Məktubda deyilir ki, oktyabrın 2-də Qlendeyl şəhər şurası Merilend prospektinin adını dəyişərək “Arsax” adlandırıb. Bildirilir ki, etnik cəmiyyətlərin küçə, bina və təşkilatların adlandırılması üçün müraciəti başadüşüləndir, amma bu addım erməni-amerikan icmasının mövcudluğunu deyil, Azərbaycan torpaqlarının işğalı faktını əks etdirir.
Məktubda Qlendeyldə artıq ermənilərin Ermənistanla yaxınlığını əks etdirən çox sayda küçə, rayon adlarının olduğu xatırladılır və diqqətə çatdırılır ki, məşhur prospektə "Arsax" adının verilməsi Azərbycan torpaqlarında qondarma rejim quran Ermənistan dövlətinin işğalına dəstək cəhdidir.
Məktubda azərbaycanlıların Ermənistan ordusu və millətçiləri tərəfindən zorla evlərindən çıxarılması faktı da vurğulanır.
Məktubun tam mətni ilə bu linkdə tanış olmaq mümkündür:

https://www.votervoice.net/AZERI/campaigns/61217/respond