E-mail:

info@diaspor.gov.az

EN
RU

Almaniya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb

Berlində Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının (AAKŞ) təsis iclası keçirilib. Təsis iclasında çıxış edənlər soydaşlarımızın mütəşəkkil və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi baxımından AAKŞ-ın yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün Almaniyada yüzminlərlə soydaşımız yaşayır, 40-a yaxın Azərbaycan cəmiyyəti və icması fəaliyyət göstərir. Soydaşlarımızın və bu birliklərin fəaliyyətini əlaqələndirmək üçün Koordinasiya Şurasının yaradılması zəruridir.
Təsis iclasında iştirak edən ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov diaspor təşkilatlarının həyata keçirdiyi işlərdən danışaraq soydaşlarımızın mütəşəkkil fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə dövlətimizin başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrə diqqət çəkərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ problemi, Azərbaycan diasporunun inkişaf istiqamətləri, diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar haqqında danışdı. Eyni zamanda, bütün bu işlərin daha da gücləndirilməsi üçün əlaqələndirmənin zəruri olduğunu bildirdi.
Daha sonra səs çoxluğu ilə Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yaşar Musayev Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.