EN
RU

Fəxri konsul Dövlət Komitəsində olub

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Diasporla İş üzrə Dövlət Komitəsində olub. Dövlət Komitəsinin rəhbərliyi ilə görüşdə Avstraliyadakı Azərbaycan diaspor təşkilatları və buradakı soydaşlarımızla bağlı müzakirələr aparılıb. A.Rzayevanın yaşadığı Pert şəhərindəki Azərbaycan diaspor nümayəndələrinin ölkəmizin tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər vurğulanıb. Qeyd olunub ki, erməni diasporunun güclü olduğu Avstraliya İttifaqında Azərbaycan diasporu tərəfindən erməni diasporunun təxribatına qarşı mütəmadi olaraq təbliğat xarakterli tədbirlər keçirilir. Azərbaycan həqiqətlərinin bu ölkədə təbliği ilə bağlı Avstraliya parlamentinin deputatları tərəfindən dəstək göstərildiyi vurğulanıb.
A.Rzayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Pert şəhərində keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Dövlət Komitəsinin sədri isə, öz növbəsində, diaspor təşkilatlarının fəaliyyətinin gücləndiril¬məsi və koordinasiya edilməsinə dair təklif və tövsiyələrini verib. Görüşdə yaxın gələcəkdə Avstraliya İttifaqına səfərin planlaşdırılması haqqında da müzakirələr aparılıb.