Salonikidə bayram tədbiri təşkil edilib

31 Dekabr, 2019

Yunanıstanın Saloniki şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib.

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi bayram şənliyində Azərbaycan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov, Türkiyə Cümhuriyyətinin baş konsulu Efe Ceylan, Saloniki şəhər icra hakimiyyətinin nümayəndəsi Xaris Aydonopulos, Mərkəzi Makedoniya bölgəsinin təmsilçisi Melina Dermentzopulu və müxtəlif icmaların üzvləri iştirak ediblər.

Cəmiyyətin baş katibi Salatın Məmmədli, səfir Anar Hüseynov, baş konsul Efe Ceylan, yerli dövlət orqanlarının nümayəndələri Xaris Aydonopulos və Melina Dermentzopulu, eləcə də digər qonaqlar çıxış edərək bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. Həmrəylik Gününün tarixi əhəmiyyəti qeyd edilib, bu cür tədbirlərin iki dövlət arasında mədəni əlaqələrin daha da inkişaf etməsinə və dostluq münasibətlərinin möhkəmlənməsinə səbəb olduğu vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.