Azərbaycanlı müəlliflərin kitabı STMEQİ tərəfindən audioşəkildə hazırlanıb

18 Dekabr, 2019

Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu (STMEQİ) Yalçın Nəbiyev və Elmira Hacıyevanın müəllifləri olduğu “Yüksəliş” romanının audiokitab versiyasını hazırlayaraq geniş dinləyici auditoriyasının ixtiyarına verib. Audiokitab fondun saytında, “Литература”- “Аудиокнига” bölməsində yerləşdirilib. (https://stmegi.com/library/audio-books/voskhozhdenie-a/ )
Qeyd edək ki, sözügedən STMEQİ fondu 2001-ci ilin avqust ayında Zaxaryayevlər ailəsi tərəfindən təsis olunub. Fondun sədri – Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, Dostluq Ordeni kavaleri German Zaxaryayevdir.
Rusiyada dağ yəhudilərinin ilk və ən böyük ictimai qeyri-kommersiya təşkilatlarından biri olan STMEQİ fondu yəhudi ictimai təşkilatlarına dəstək göstərir, kitab, jurnal, qəzet və yəhudi təqvimlərinin çap olunmasına köməklik edir.
Xatırladaq ki, “Yüksəliş” romanı azərbaycanlılar və yəhudilər arasında uzun illərdən bəri mövcud olan dostluq əlaqələrindən bəhs edir.