E-mail:

info@diaspor.gov.az

EN
RU

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan gənc diaspor nümayəndələrini 8-14 Iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsində iştirak etməyə dəvət edir.

Layihənin məqsədi: Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə İmadəddin Nəsiminin * anadan olmasının 650 illiyinə həsr olunur.
Düşərgədə 18-29 yaşlarında, Azərbaycan dilində ünsiyyət bacarığı olan və tədbir ərzində tam davamiyyətə məsuliyyətli şəxslər iştirak edə bilərlər. Azərbaycan Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak edən şəxslər təkrar müraciət edə bilməzlər.

İş qaydası: Düşərgədə Azərbaycanın tarixi və memarlıq abidələrinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri və əyləncəli-maarifləndirici tədbirlər keçiriləcək. Düşərgə iştirakçıları sertifikatla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin II Yay Düşərgəsi ödənişsizdir. Düşərgənin iştirak xərcləri (yol xərcləri, viza, yaşayış, qidalanma, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 mart 2019-cu il tarixinə qədər http://www.diaspora.gov.az/qeydiyyat/ keçidi vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

- Ərizə forması
- Tövsiyə məktubu
(Diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik /konsulluq) və digər təşkilatlardan və şəxslərdən (möhür və ya imza ilə təsdiq olunmuş formada))
- Pasportun surət

Diaspor Gənclərinin II Yay Düşərgəsinə müraciət etmiş şəxslərlə müraciət müddəti bitdikdən sonra təşkilat komitəsi tərəfindən əlaqə saxlanılacaq və namizədlər video müsahibəyə dəvət ediləcəklər. Yekun seçim müsahibə müddəti tam bitdikdən sonra açıqlanacaqdır.

* Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi (1369, Şamaxı-1417, Hələb) - Azərbaycan şairi, mütəfəkkir, "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.YUNESKO-nun qərarı ilə Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında qeyd olunmuş (1973), Azərbaycanda və Moskvada keçirilən yubiley tədbirlərində dünyanın bir çox ölkəsindən gəlmiş nümayəndələr iştirak etmişdir. Nəsimi Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, 3 dildə gözəl müləmmələr yazmışdır. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır.